“Atamın saxlanılması barədə məlumat yalandır” –Oğlundan Əli Həsənovla bağlı AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılmasına dair şayiə xarakterli məlumatlar yayılıb. 

Azpost.info unikal.org -a istinadən xəbər verir ki, bununla bağlı Əli Həsənovun oğlu Şamxal Həsənli bildirib ki, bu məlumatlar əsassızdır: “Atam ürəyindən əməliyyat olunduğuna görə ildə bir neçə dəfə həkim nəzarətindən keçmək üçün Avstriyaya gedir. Dekabrın 25-də növbəti müayinə üçün atam yenidən bu ölkəyə gedərək həkim müayinəsindən keçib. Səhhəti ilə bağlı hər şey qaydasındadır və inşallah, dekabrın 29-u ölkəyə, Bakıya qayıdacaq”.

“Şayiə, böhtan xarakterli məlumat yayanlara isə bu cür çirkin əməllərdən əl çəkməyi tövsiyə edirəm” deyə Şamxal Həsənli bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Salyanda polis özünü yandırdı –

Sonrakı məqalə

Xankəndinin işğal günü anıldı, Qarabağ icması Ermənistana tələb irəli sürdü: