ATƏT-in müşahidə misisyası fevralın 8-də mətbuat konfransı keçirəcək

Beynəlxalq seçki müşahidəçiləri Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra əldə etdikləri nəticələri təqdim etmək üçün mətbuat konfransı keçirəcəklər.

Jurnalistlər qarşısında Artur Gerasimov – Xüsusi Koordinator və ATƏT-in qısamüddətli müşahidəçilərinin rəhbəri, Daniela De Ridder – ATƏT PA nümayəndə heyətinin rəhbəri, Ouen Mörfi – DTİHB seçkiləri müşahidə missiyasının rəhbəri çıxış edəcəklər.

Mətbuat konfransı fevralın 8-də saat 15:00-da Landmark III Rotunda zalında (Xaqani küç. 4C) keçiriləcək.

Beynəlxalq seçki müşahidəsi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və ATƏT Parlament Assambleyasının (ATƏT PA) birgə missiyasıdır.

Müşahidə missiyası 256 ekspert DTİHB-dən və  79 nəfər ATƏT PA-dan olmaqla, ümumilikdə 335 uzunmüddətli və qısamüddətli müşahidəçidən ibarətdir.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya Şimali Koreyaya beynəlxalq bank sisteminə çıxış imkanı yaradıb”

Sonrakı məqalə

Ölkənin tanınmış təhsil ekspertləri Mərkəz təsis etdilər