“Atletik” “Barselona”nı məğlub edib

“Atletik” İspaniya Kral Kubokunun 1/4 finalında “Barselona”nı məğlub edib.

Bilbaodakı “San Mames” stadionunda baş tutan qarşılaşma 4:2 hesabı ilə bitib.

Bilbaodakı “San Mames” stadionunda baş tutan qarşılaşmada qolları Qorka Quruseta (1-ci dəqiqə), Oyan Sunset (49), İnyaki Uilyams (105+2) və Niko Uilyams (120+1) vurub. “Barselona”dan qolları Robert Levandovski (26) və Lamin Yamal (32) vurub.

Yarımfinal mərhələsində “Atletiko Madrid” “Sevilya” ilə üz-üzə gələcək. Bundan əvvəl “Real Sosyedad” və “Malyorka” turnirin 1/2 finalına yüksəlib.

Qarşılaşma yanvarın 25-də baş tutacaq.

Kral Kubokunun finalı aprelin 6-da Sevilyadakı “La Cartuja” stadionunda baş tutacaq.

2023-cü ildə kubokun sahibi 20 dəfə kuboku başı üzərinə qaldıran Real Madrid olub.

Turnirdə ən çox qələbə qazanan klub “Barselona”dır (31).

“Atletik”in isə 23 titulu var.

Əvvəlki məqalə

Ukrayna Baş Kəşfiyyat İdarəsi Moskva ilə əsir mübadiləsini təsdiqləyib

Sonrakı məqalə

Zelinskidən “İL-76” hərbi təyyarənin qəzasına reaksiya