“Avro-2024”:Final mərhələsinin püşkü atılır

Bu gün futbol üzrə “Avro-2024”ün final mərhələsinin püşkü atılacaq.

Almaniyanın Hamburq şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Püşkatmada 21 ölkənin millisi iştirak edəcək. Digər üç komanda isə UEFA Millətlər Liqasının pley-off mərhələsindən sonra bəlli olacaq. A, B və C yolundan gələcək yığmalar 4-cü səbətdə yer alacaqlar.

I səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə

II səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya

III səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya

IV səbət: İtaliya, Serbiya, İsveçrə, A yolunda pley-off qalibi, B yolunda pley-off qalibi, C yolunda pley-off qalibi

Qeyd edək ki, Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyanın on şəhərində təşkil olunacaq.

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

ADMİU nəzdində Humanitar Kollec ilə Türkiyə Liseyi tələbləri görüşüb –