Avropa çempionatı Rusiyadan alınaraq Bakıya verildi

Bədii gimnastika üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək.

Apasport.az saytının Avropa Gimnastika İttifaqının mətbuat xidmətinə istinadən məlumatına görə, turnir Moskvadan alınaraq Bakıya verilib.

Avropa çempionatı 2023-cü il 17-21 may tarixlərində Bakıda baş tutacaq.

Qeyd edək ki, Ukraynada baş verən hadisələrlə əlaqədar Beynəlxalq Gimnastika Federasiyası (FIG) Rusiya və Belarusun qurumun himayəsi altında keçirilən yarışlarda iştirakına qadağa qoyub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.