Avropa İttifaqı 10 ölkəyə maliyyə yardımı ayıracaq

Avropa İttifaqı 10 ölkəyə 3 milyard avro məbləğində maliyyə yardımı ayırmağa hazırlaşır.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, məqsəd həmin ölkələrin iqtisadiyyatına dəyən ziyanı azaltmaqdır.

Bildirilib ki, Albaniyaya 180, Bosniya və Herseqovinaya 250, Gürcüstana 150, İordaniyaya 200, Kosovaya 100, Moldovaya 100, Monteneqroya 160, Tunisə 600, Şimali Makedoniyaya 160 milyon, Ukraynaya isə 1,2 milyard avro maliyyə dəstəyi veriləcək.

Məlumatda maliyyə dəstəyinin makroiqtisadiyyata sərf edilməsinin nəzərdə tutulduğu vurğulanıb.

Qərar Avropa Parlamenti və Avropa İttifaqı Şurasının təsdiqindən sonra qüvvəyə minəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Vergi Xidmətinin Baş İdarə rəisi nəzərdə tutulan vergi güzəştlərini açıqlayıb

Sonrakı məqalə

Azərbaycanda sahə baytarlıq məntəqələri ləğv ediləcək