“Avropa İttifaqı anti-Rusiya sanksiyalarına görə 250 milyard avro itirib”- LAVROV

“Qərbin Rusiyaya qarşı sanksiyaları hətta uzunmüddətli perspektivdə də aradan qalxmayacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov həmçinin qeyd edib ki, anti-Rusiya sanksiyaları ən çox Avropa İttifaqına zərbə vurub: “Ən mühafizəkar hesablamalara görə, Avropa İttifaqı 250 milyard avroya qədər itirdi. Vaşinqton Avropadakı vassallarını məhv edir və hərbi sənaye kompleksinə pul qazanmaq imkanı yaradır”.

XİN rəhbəri bildirib ki, sanksiya siyasətinin sadə vətəndaşlara təsir etmədiyinə dair Qərbdən gələn mütəmadi bəyanatlar həqiqəti əks etdirmir. Onun fikrincə, Qərbin əsas vəzifəsi Rusiya daxilində iğtişaşlar yaratmaqdır.

Azpost.info

Əvvəlki məqalə

Moskva və Pekin hərbi blok yaradır?

Sonrakı məqalə

“Qarabağ”ın yaxşı komanda olduğunu bilirəm