“Avropa İttifaqı Rusiya nefti üçün yuxarı qiymət həddini razılaşdıra bilmədi”- Komissar Kadri Simson

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiya nefti üçün yuxarı qiymət həddi ilə bağlı vahid mövqeyə gələ bilməyiblər.

Azpost.info xəbər verir ki, bunu avrokomissar Kadri Simson deyib.

Komissar bu mövzuda danışıqların davam etdiriləcəyini qeyd edib.

Bundan əvvəl bildirilmişdi ki, Aİ ölkələrinin əksəriyyəti Rusiya neftinin maya dəyərinin bir barel üçün 65-70 dollar həddində olması ilə razılaşıb, Polşa isə 30 dollar limitində israr edir. ABŞ maliyyə naziri Canet Yellen isə qeyd etmişdi ki, Rusiya nefti üçün nəzərdə tutulan “qiymət tavanı” bir barel üçün təxminən 60 dollar ola bilər.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak xəbərdarlıq etmişdi ki, Rusiya “qiymət tavanı” tətbiq etməyə razılaşan ölkələrə neft və neft məhsulları tədarük etməyəcək. Novak qeyd edib ki, bu halda Moskva neft tədarükünü bazar yönümlü tərəfdaşlara yönləndirəcək və ya hasilatı azaldacaq.

Azpost.info

Əvvəlki məqalə

Ərdoğan sultan Əbdülhəmidin məktubunu Kuba Prezidentinə verib

Sonrakı məqalə

Latviyanın 104-cü ildönümü ilə bağlı səfirlik Bakıda rəsmi qəbul təşkil edib