Latviyanın 104-cü ildönümü ilə bağlı səfirlik Bakıda rəsmi qəbul təşkil edib

 Latviya Respublikasının elan olunmasının 104-cü ildönümü ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul keçirib.

Səfirliyin müvəqqəti işlər vəkili Viya Buşa çıxışında ölkəsinin tarixindən, müstəqillik yolları barədə məlumat verib: “Yeni müstəqil ölkənin ilk addımları çətin və mürəkkəb olub. Latviyalı gənclər silaha sarılaraq təxminən 400 gün davam edən Latviyanın Müstıqilliyi üçün Müharibədə vuruşarkən, Paris Sülh Konfransında Latviyanın beynəlxalq səviyyədə tanınması üçün diplomatik mübarizə gedirdi. Həmən vaxt və daha sonrakı günlərdə də Latviya öz tərəfdaşlarından çox mühüm dəstək gördü. Sonradan Azərbaycanın Sülh Nümayəndəliyinin Rəhbəri cənab Əlimərdan Topçubaşov da 1921-ci ilin yanvarında – bizim beynəlxalq səviyyədə tanınmağımızdan (de jure) sadəcə bir neçə gün sonra Xarici ölkələrdən Latviyalı həmkarlarına ilk təbrik göndərənlərin arasında idi”.

Diplomat deyib ki, Latviyanın müstəqilliyinin əsas simvolu Azadlıq Abidəsidir. Latviya xalqı kimi bu Abidə də 50 illik uzun bir işğaldan sağ çıxıb. Latviya dövləti qurulduğu vaxtda olduğu kimi, bir çox çətinliklərə addım-addım qalib gəlmiş və dövlət, dövlətçiliyin  inkişaf etdirməyə müvəffəq olub: “Dövlət ancaq xalqı ilə güclüdür. Məlum olduğu kimi, Latviya hər zaman  Beynəlxalq hüquqa uyğun olaraq hər bir ölkənin suverenliyini və ərazi bütövlüyünü tanıyır”.

Azərbaycanla əlaqələrimizdən danışan xanım Buşa deyib ki, müstəqilliyini bərpa etdikdən bəri, Latviya və Azərbaycan arasında dostluq və konstruktiv əlaqələr qurulub. 2017-ci ilin iyul ayında Latviya və Azərbaycan Respublikaları arasında Strateji Tərəfdaşlığın Yaradılması haqqında Saziş imzalanıb. Ölkələrimiz arasında müntəzəm olaraq yüksək səviyyəli siyasi dialoq və parlamentlərarası fəal əməkdaşlıq mövcuddur. Diplomat Latviyanın gündən-günə daha da gücləndirilməsində və Latviya və Azərbaycan arasında dostluq əlaqələrinin qurulmasında əməyi keçən bütün insanlara təşəkkür edib.

Daha sonra deyib ki, bu il ərzində Latviya və Azərbaycan arasında siyasi dialoq çox fəal olublar: “Onlardan sadəcə bir neçəsini – Latviyanın Müdafiə Naziri/ Baş Nazirin müavini Dr. Artis Pabriksin (25-29 aprel) və Kənd Təsərrüfatı Naziri cənab Kaspars Gerhardsin (13-16 iyul) Azərbaycana səfərləri və  əlbəttə ki, Latviya Respublikasının 3 keçmiş Prezidentlərinin və bir keçmiş Baş Naziri xanım Laimdota Strahumanın 9-cu Bakı Qlobal Forumunda (16-18 iyun) iştiraklarını (xanım Vīķe-Freiberga, cənab Valdis Zatlers, cənab Raimonds Vējonis) qeyd etmək istərdim”.

Bu ilin fevral ayında Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Riqada rəsmi səfərdə olub, aprel ayında Latviya xarici işlər nazirinin Müavini Andjeys Vilumsons və Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov arasında İkitərəfli Strateji Dialoqun birinci mərhələsi keçirilib. Cari ilin may ayında Riqada eyni zamanda Latviyanın Nəqliyyat naziri Taalis Linkaitsin və Azərbaycanın da həmsədr olduğu iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Latviya və Azərbaycan Hökumətlərarası Komissiyanin 8-ci İclası keçirilib.

V.Buşa deyib ki, Azərbaycan Cənubi Qafqazda Latviya üçün əhəmiyyətli iqtisadi tərəfdaşdır. Son iki il ərzində ticarət dövriyyəsi artıb.

Bundan əlavə Latviyanın 14 bələdiyyəsi ilə Azərbaycanın bələdiyyələri arasında fəal əməkdaşlıq inkişaf etdirilib. Latviya eyni zamanda  müxtəlif tvinniq layihələri və digər inkişaf əməkdaşlıq layihələri çərçivəsində də öz təcrübələrini bölüşməyə hazırdır.

Latviya Səfirliyi 2021-2024-cü illər üçün Azərbaycanda NATO-nun əlaqələndirici Səfirliyi vəzifəsini yerinə yetirir. Səfirlik Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə birgə əməkdaşlıqla  “Qadınlar dayanıqlı sabah naminə” adlı beynəlxalq konfrans təşkil edib. Səfirlik eyni zamanda 2023-cü ilin fevral ayına kimi Azərbaycanda Avropa İttifaqı Milli Mədəniyyətlər İnstitutları Qrupuna (EUNİC) Prezidentlik  funksiyasını da həyata keçirir: “Latviya və Azərbaycan arasında  yüksək  əlaqələrdən məmnunuq. İnanıram ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi və xalqlarımızın  qarşılıqlı mənafeyi naminə  əməkdalığımızın daha da dərinləşdirilməsi üçün mümkün olan bütün səylərimizi birləşdirəcəyik”.

Azərbaycan hökuməti adından danışan Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişaf etdiyini vurğulayıb, biznes və investisiya əlaqələrinin inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

Nazir deyib ki, ölkələrimiz arasındakı əlaqələr qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlığa əsaslanır. O, dost Latviyanı 44 günlük müharibədə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələrdən olduğunu bir daha xatırlayaraq, dost Latviya Respublikasına təşəkkür edib. Əməkdaşlığımız üçün böyük potensialın olduğunu diqqətə çatdıran nazir, bu münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

 

L.SƏMLA

Azpost.info

Əvvəlki məqalə

“Avropa İttifaqı Rusiya nefti üçün yuxarı qiymət həddini razılaşdıra bilmədi”

Sonrakı məqalə

Yeni ildə 5 gün iş olmayacaq