Avropa İttifaqı Rusiyaya qarşı tətbiq edilən sanksiyalar aradan qaldırıldıqdan sonra ittifaq ərazisində bloklanan suveren aktivlərdən əldə olunan gəlirləri Moskvaya köçürmək niyyətində deyil.
Azpost.info xəbər verir ki, bu barədə Aİ-nin rəsmi nəşri Avropa İttifaqı Şurasının qətnaməsinə istinadən yazıb.
Aİ belə nəticəyə gəlib ki, onlar suveren aktivlər deyil və müvafiq mühafizə standartları onlara şamil edilmir.
Sənəddə deyilir ki, gözlənilməz və fövqəladə gəlir qüvvədə olan qaydalara uyğun olaraq, hətta əməliyyatlara qoyulan qadağa ləğv edildikdən sonra belə, Rusiya Mərkəzi Bankına köçürülməməlidir.
Azpost.info