“Avropa İttifaqı Rusiyaya qalib gəlmək üçün birlik ölkələrini müharibəyə sürükləyir”- ORBAN

Avropa İttifaqı Rusiyaya qalib gəlmək üçün üzv dövlətləri Ukraynada döyüş əməliyyatlarına sürükləməyə çalışır.

Azpost.info xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

“Avropa bundan yalnız itirir. İndi avropalılar sülh, nizam və inkişaf əvəzinə müharibə, miqrasiya və durğunluqla üz-üzədirlər. Brüssel bürokratiyası son illərdə bir sıra səhv siyasi qərarlar qəbul edir. Avropa getdikcə daha çox qitənin heç nə qazanmadığı, lakin hər şeyi asanlıqla itirə biləcəyi bir müharibəyə cəlb olunur”, – Orban bildirib.

Onun fikrincə, Aİ-nin Brüsseldəki rəhbərliyi müharibədən söhbət gedəndə heç nəyi əsirgəmir: “Brüssel bürokratları bu müharibəni və Rusiyanı məğlub etməyi istəyirlər. Avropa vətəndaşlarından pullar daim Ukraynaya axır, sanksiyalar Avropa şirkətlərinə zərbə vurub, inflyasiyanın artmasına gətirib çıxarıb və milyonlarla avropalını dolanışığından məhrum edib”.

Azpost.info

 

Əvvəlki məqalə

AVRO-2024:

Sonrakı məqalə

COP29-a ev sahibliyi edən Azərbaycan üçün “təmiz enerji”yə keçid vacibdir