Avropa İttifaqı Ukraynaya 100 minə qədər hərbçi göndərməyi müzakirə edir.
Azpost.info bildirir ki, bu barədə Reuters Agentliyi xbər yayıb.
“Avropa ölkələri münaqişənin bitəcəyi və ya dondurulacağı təqdirdə Ukraynaya hərbi qoşunların göndərilməsi ilə bağlı ətraflı danışıqlar aparır”-deyə Reuters-in xəbərində deyilir.
Agentliyin məlumatına görə, belə bir missiyanın sayı 40-100 min əsgər arasında qiymətləndirilir.
Reuters əlavə edir ki, kontingentin əsasını Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Polşa da daxil olmaqla 5-8 ölkənin hərbçiləri təşkil edəcək. Onun sayı formatdan asılı olacaq.
İtaliya sülhməramlı missiyanın tərəfdarıdır, Fransa isə Rusiyanın qarşısını almağa köklənib.