Brüssel Ermənistanda Avropa İttifaqının yeni missiyasının yaradılmasını təsdiqləyib.
Azpost.info bildirir ki, bu barədə bu gün Avropa İttifaqının xarici işlər nazirləri qərar verib.
Onlar Ermənistanda seçki proseslərinə xarici müdaxilə, kiberhücumlar və qanunsuz siyasi maliyyələşdirmə kimi hibrid təhdidlərlə mübarizədə İrəvana kömək edəcək yeni mülki missiyanın yaradılması təşəbbüsünü təsdiqləyiblər.
Missiya yaxın aylarda işə başlayacaq və iki illik mandata malik olacaq. Missiya Ermənistan Respublikasına Avropa İttifaqı Tərəfdaşlıq Missiyası (EUPM Ermənistan) adlandırılacaq.