“Avropa İttifaqının heç vaxt bu qədər çox düşməni olmayıb” –MAKRON

Avropa İttifaqının(Aİ) heç vaxt indiki qədər daxili və xarici düşməni olmayıb.

Bunu Fransa Prezidenti Emmanuel Makron Berlində Almaniya Konstitusiyasının 75 illiyi şərəfinə keçirilən tədbirdə deyib.

“Bizim daxildə və xaricdə heç vaxt bu qədər düşmənimiz olmayıb. Biz Avropamızın ölə biləcəyi ekzistensial anı yaşayırıq”, – dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, bunun əsas səbəbləri Ukraynadakı münaqişə, eləcə də iqtisadi problemlərdir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.