Avropa İttifaqının XİN Şurasında Ermənistan-Azərbaycan məsələsinə baxılacaq

Brüsseldə Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.

İclasa Avropa İttifaqının xarici İşlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrel sədrlik edir.

Avropa İttifaqının məlumatında deyilir ki, Borrel digər məsələlərlə yanaşı Ermənistanla Azərbaycan arasında münasibətlərdəki mövcud vəziyyəti qiymətləndirəcək və münasibətlərin normallaşdırılması üçün səylərin canlandırılmasının vacibliyini qeyd edəcək. (Turan)

Əvvəlki məqalə

İstanbul hava limanında yarım ton narkotik tutulub

Sonrakı məqalə

Qazaxıstanda 6,7 gücündə zəlzələ olub