Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfərə gəlib. Bu barədə APA-ya Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən bildirilib. Səfər çərçivəsində Aİ nümayəndəsi bu gün və sabah Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.