“Avropa komissarı məni Fitsoya sui-qəsd nümunəsi ilə təhdid edib”- Gürcüstan Baş naziri

Gürcüstan Baş naziri İrakli Kobixadze təhdid edildiyini bildirib.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə bu, Avropa komissarlarından biri ilə söhbət zamanı baş verib.

Belə ki, komissar onu Slovakiya Baş naziri Robert Fitsonun həyatına qəsd nümunəsi ilə qorxudub.

“Mənimlə söhbətində Avropa komissarı xarici agentlər haqqında qanuna qoyulan veto ləğv edilərsə, Qərb tərəfdaşlarının edə biləcəklərini sadaladı. Dedi ki, siz Fitsonun başına gələnləri gördünüz və çox diqqətli olmalısınız”, – Baş nazir deyib.

Azpost.info

Əvvəlki məqalə

Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri başa çatıb

Sonrakı məqalə

Yağış yağacaq, külək güclənəcək