Avropa Liqası: “Qarabağ”ın qrup mərhələsindəki rəqibləri bəlli olub

UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

Fransanın Monako şəhərində təşkil olunan mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibləri bəlli olub.

Püşkatmaya ikinci səbətdən qatılan Ağdam təmsilçisi Almaniyanın “Bayer”, Norveçin “Molde” və İsveçin “Haken” komandaları ilə birlikdə H qrupunda mübarizə aparacaq.

Avropa Liqası

A qrupu: “Vest Hem” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya), “Baçka Topola” (Serbiya)

B qrupu: “Ayaks” (Niderland), “Marsel” (Fransa), “Brayton” (İngiltərə), AEK (Yunanıstan)

C qrupu: “Reyncers” (Şotlandiya), “Betis” (İspaniya), “Sparta” (Çexiya), “Aris” (Kipr)

D qrupu: “Atalanta” (İtaliya), “Sportinq” (Portuqaliya), “Şturm” (Avstriya), “Rakuv” (Polşa)

E qrupu: “Liverpul” (İngiltərə), LASK (Avstriya), “Union” (Belçika), “Tuluza” (Fransa)

F qrupu: “Vilyarreal” (İspaniya), “Renn” (Fransa), “Makkabi” (Hayfa, İsrail), “Panatinaikos” (Yunanıstan)

G qrupu: “Roma” (İtaliya), “Slaviya” (Çexiya), “Şerif” (Moldova), “Servett” (İsveçrə)

H qrupu: Bayer” (Almaniya), “Qarabağ” (Azərbaycan), “Molde” (Norveç), “Haken” (İsveç)

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin oyunlarına sentyabrın 21-də start veriləcək.

Əvvəlki məqalə

Dövlət Su Ehtiyatları Agentliyi borclu abonentlərə müraciət edib

Sonrakı məqalə

Kənd təsərrüfatı istehsalına ayrılan subsidiya mənfəət vergisinə cəlb edilirmi?