Avropa Liqasının dörddəbir final mərhələsinə start verilib

Aprelin 7-də futbol üzrə UEFA Avropa Liqasının 2021-2022-ci il mövsümünün dörddəbir final mərhələsinə start verilib.

Mərhələnin maraq doğuran oyunu Almaniyada baş tutub. İspaniyanın “Barselona” klubu səfərdə “Ayntraxt”ın qonağı olub. Oyunda hesabı meydan sahibləri açiblar.

Matçın ikinci hissəsinin 48-ci dəqiqəsində Ansqar Knauffin uzaq məsafədən vurduğu qol dəqiq olub. Qarşılaşmanın 66-ci dəqiqəsində Ferran Torres tarazlığı bərpa edib. Qarşılaşmanın 78-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Belə ki, Tuta ikinci sarı vərəqə alaraq meydandan uzaqlaşdırılıb. Qalan dəqiqələrdə Kataloniya təmsilçisinin qol vurmaq şansı olsa da, hesab dəyişilmyib.

İngiltərədə “Vest Hem Yunayted” və Fransanın “Lion” komandası arasındakı oyunda da qalib müəyyənləşməyib – 1:1. Yeganə qələbəni Portuqaliyanın “Braqa” klubu “Qlazqo Reyncers” komandası üzərində qazanıb – 1:0.

Mərhələnin “Slaviya Praqa” (Çexiya) və “Feyenoord” (Niderland) qarşılaşması isə 3:3 hesabı lə başa çatıb.

Dörddəbir final mərhələsinin cavab matçları aprelin 14-də oynanılacaq.

Azpost.info

Əvvəlki məqalə

Kərim Benzema həftənin ən yaxşı futbolçusu seçilib

Sonrakı məqalə

Latviyada 9 may Ukraynada həlak olanların xatirə günü elan edilib