Avropa Mərkəzi Bankı:"Bu il qlobal ÜDM 4% azalacaq"

Avropa Mərkəzi Bankı (ECB) bu il qlobal ümumi daxili məhsulun (ÜDM) 4% azalacağını proqnozlaşdırır. 

“Report” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

ECB 2021-2022-ci illərdə iqtisadi artımla bağlı proqnozlarını da açıqlayıb və müvafiq olaraq 6% və 3,9% iqtisadi böyümə gözlədiyini bəyan edib.

Bundan başqa, tənzimləyici qurum ABŞ iqtisadiyyatının əvvəlki proqnozlardan fərqli olaraq daha çox kiçildiyini, amma məhdudiyyətlərin qaldırılması ilə iqtisadi fəaliyyətin artacağını vurğulayıb. Bank həmçinin İxrac göstəricilərinin zəif olmasına baxmayaraq daxili tələbin artması ilə Çin iqtisadiyyatının canlanmağa başlandığını qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan-İran sərhədində atışma olub, ölən var

Sonrakı məqalə

AZAL Naxçıvana müntəzəm reysləri bərpa edir