Avropa Parlamenti İvanişviliyə sanksiya tələb edən qətnamə qəbul edib

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib.

2 gün davam edən müzakirələrin yekununda səsə qoyulmuş qətnamənin lehinə 495, əleyhinə 73 deputat səs verib, 86 deputat isə bitərəf qalıb. Qətnamədə Avropa Parlamentinin Gürcüstanda “demokratik geriləmə”dən dərin narahatlıq keçirdiyi qeyd edilib və Avropa İttifaqından (Aİ) Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının lideri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etməsi istənilib.

Qətnamənin mətnində, həmçinin həbsdə olan sabiq prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması, Gürcüstanın Rusiyaya sanksiya tətbiq etməsi, Aİ-nin Gürcüstana maliyyə yardımını dondurması çağırışları yer alıb.

Əvvəlki məqalə

Bu küçədə yeni avtobus zolağı çəkiləcək

Sonrakı məqalə

2030-cu ilə qədər səfərlərin 30-40 faizi fərdi nəqliyyatla olacaq