Avropa Parlamenti sülh və güclü diplomatiya üçün yeni təşəbbüs irəli sürdü

Avropa Parlamentinin bir qrup deputatı Ukrayna və Yaxın Şərqdəki münaqişələr fonunda sülh, diplomatiya və çoxtərəfli dialoqu gücləndirmək üçün fraksiyalararası qrup yaratmaq təşəbbüsü ilə çıxış edib.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Qəzetin əldə etdiyi elektron məktuba görə, təklif Avropa Birləşmiş Sol/Şimali Sol-Yaşıl, Sosialistlərin və Demokratların Proqressiv Alyansı, Yaşıllar – Avropa Azad Alyansı və Avropanı Yenilə fraksiyalarının nümayəndələrindəndir.

Təklif müəlliflərin fikrincə, qrupun işi tərksilahı təşviq etməli, həmçinin münaqişə zonalarında aclıq, xəstəlik və yoxsulluqla mübarizə üçün maliyyə cəlb etməlidir.

Nəşr qeyd edib ki, fraksiyalararası qruplar parlamentdə müəyyən məqsədlər üçün lobbiçilik apara bilən müxtəlif partiyaların nümayəndələrinin iştirakı ilə müzakirə platformalarıdır. Onların yaradılması üçün azı üç siyasi fraksiya sədrinin rəsmi dəstəyi lazımdır. Avropa Parlamentinin fraksiyalararası qruplarının yekun siyahısının dekabrda təqdim ediləcəyi gözlənilir.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.