“Qərb siyasətçiləri və jurnalistlərinin açıqlamaları Avropanın Rusiyaya qarşı müharibəyə hazırlaşdığını göstərir”.
Azpost.info xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.
“İki dünya müharibəsindən əvvəl media müharibəyə girmək üçün kifayət qədər uzun müddət hazırlaşırdı. Düşünürəm ki, bu gün Brüssel və Vaşinqtonda baş verənlər mümkün münaqişəyə bir növ hazırlıqdır. Əminliklə deyə bilərik ki, Avropanın müharibəyə girməsi üçün hazırlıq gedir, bu, mediada və siyasətçilərin bəyanatlarında baş verir”, – Orban bildirib.
Orban Rusiyanın NATO ölkəsinə hücumunu mümkün hesab etmədiyini, Rusiya təhlükəsinin Qərbin müharibəyə hazırlaşmaq üçün etdiyi manevr olduğunu vurğulayıb.
Orban təfərrüatları açıqlamadan bildirib ki, NATO-nun Brüsseldəki qərargahında işçi qrupları hazırda alyansın Ukraynadakı münaqişəyə necə cəlb oluna biləcəyini öyrənirlər.
Macarıstanın baş naziri xatırladıb ki, NATO yaradılarkən onun öz ərazisindən kənarda fəaliyyət göstərəcəyi qeyd olunmayıb.
Azpost.info