“Bir çox Avropa ölkələri üçüncü dünya müharibəsinə səssizcə hazırlaşmağa başlayıblar”.
Azpost.info xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
Məlumata görə, NATO-ya üzv dövlətlər Alyansa hücum təhlükəsini Rusiyaya aid edərək artıq müdafiənin əsasını qoymağa başlayıblar.
Nəşr qeyd edir ki, NATO həm mümkün total müharibəyə, həm də mümkün münaqişənin inkişafı üçün başqa ssenarilərə hazırlaşmaq niyyətindədir.
Avropanın Rusiya ilə müharibəyə hazırlığı bəzi dövlətlərdə müdafiə xərclərinin artırılması uğrunda mübarizədə özünü göstərir.
“Newsweek”in yazdığına görə, Baltikyanı NATO ölkələri Rusiya ilə quru sərhədlərini fəal şəkildə möhkəmləndirir və bomba sığınacaqlarını təchiz edir, Skandinaviya ölkələri isə kütləvi təxliyə planları ilə bağlı broşürlər paylayır.
Azpost.info