Avropa Şurası Baş katibinin müavini Şeyxülislama məktub göndərib

Avropa Şurası Baş katibinin müavini Byorn Berq Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə təşəkkür məktubu ünvanlayıb.
Azpost.info bildirir ki, bu barədə QMİ-nin mətbuat xidməti məlumat yayıb.
Berq “Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq” mövzusunda mayın 2-də Fransanın Strasburq şəhərində keçirilən konfransda iştiraka görə, Avropa Şurası adından Şeyxülislama səmimi təşəkkürlərini çatdırıb.
“Sizin bu mühüm fikir mübadiləsinə verdiyiniz dərin töhfələr çox əhəmiyyətli idi. Mən xüsusilə dini icmalar arasında sülh və qarşılıqlı anlaşma mühitini təşviq etmək üçün bir araya gəlmələrinin zərurəti ilə bağlı fikirlərinizi alqışlayıram”.
Berq QMİ sədrinin Avropa Şurasının dinlərarası dialoq üzrə növbəti beynəlxalq konfranslarından birini Azərbaycanda təşkil edilməsi ilə bağlı təklifinə görə minnətdarlığını bildirib. “Mən regionda sülhün bərqərar olması üçün Sizin göstərdiyiniz fəallığı və Avropa Şurasının Azərbaycan üzrə 2022-2025-ci illər üzrə Fəaliyyət Planında dəstəklənən tədbirlərdən biri olan Bakı prosesinə fəal töhfənizi xüsusilə yüksək qiymətləndirirəm”.
O məktubda bildirib ki, AŞ Nazirlər Komitəsinin mayın 19-20-də Turində keçirilmiş 132-ci Sessiyası  keçirilən konfransı, eləcə də Konfransın qəbul etdiyi Dinlərarası Dialoq üçün Strasburq Prinsiplərini bəyənib.
“Strasburq Prinsipləri maraqlı üzv dövlətlərin dəstəyi ilə oxşar illik konfransların keçirilməsi də daxil olmaqla, bu sahədə Avropa Şurasının gələcək işinə təkan verə bilər. Mən bu prosesin növbəti addımları ilə bağlı bütün iştirakçıları ilə əlaqə saxlayacağam. Gələcək əməkdaşlığımızı səbirsizliklə gözləyirəm”-deyə Avropa Şurası Baş katibinin müavini qeyd edib.
Əvvəlki məqalə

“İcarədarları itirmişik, brend mallar gəlmir…Atama deyəcəyəm qərar versin!” –

Sonrakı məqalə

Azərbaycanlı və erməni gənclər Fransada görüşüb – FOTO