“Avropa Ukraynaya ABŞ-dan daha çox pul xərcləyib”- BAYDEN

Avropa ölkələri Ukraynaya Rusiya ilə mübarizə aparmağa kömək etmək üçün ABŞ-dan daha çox pul xərcləyiblər.

Azpost.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden “Time” jurnalına müsahibəsində deyib.

“Biz Ukraynaya çox pul xərcləmişik, lakin Avropa ABŞ-dan daha çox pul xərcləyib”, – o deyib.

Jurnalistin Ukraynada sülhün necə olacağı sualına Bayden belə cavab verib: “Sülh Rusiyanın heç vaxt Ukraynanı işğal etməməsidir”.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycana bu səfərimdə insanlarda bir rahatlıq gördüm, indi torpaq dərdimiz yoxdur

Sonrakı məqalə

İriqabaritli və ağırçəkili maşınlar üçün cərimələr artırılır