Avstriyanın keçmiş kansleri Sebastyan Kurtsu parlament komitəsinə yalan ifadə verdiyinə görə 8 aylıq şərti həbs cəzasına məhkum edib.
Azpost.info xəbər verir ki, bu barədə Vyana məhkəməsi qərar verib.
Kansler kabinetinin keçmiş rəhbəri Bernhard Bonelli də yalan ifadə verməkdə təqsirli bilinib. O, şərti olaraq altı ay həbs cəzası alıb.
Sebastyan Kurts 2017-2021-ci illərdə Avstriya hökumətinə rəhbərlik edib. 2021-ci ilin noyabrında o, deputat toxunulmazlığından məhrum edilib. Dekabrda Avstriya Xalq Partiyasının sədri vəzifəsini tərk etdiyini və siyasətdən getdiyini rəsmən elan edib.
Keçmiş kanslerin məhkəməsi 2023-cü ilin oktyabrında başlayıb. İqtisadi cinayətlərə qarşı mübarizə üzrə prokurorluq onu “OeBAG” dövlət investisiya holdinqinin rəhbərliyinin təyinatı ilə bağlı aparılan parlament araşdırması zamanı yalan ifadə verməkdə şübhəli bilib. Kurts şirkətin rəhbərliyinin seçilməsi prosesinə heç bir təsirinin olmadığını iddia edib.
Azpost.info