Avtobus zolaqları olan bu küçələrdə avtomobillərin hərəkətinə icazə veriləcək- RƏSMİ

Paytaxtın bir sıra küçələrində təşkil edilən COP29 zolaqlarından 31 oktyabr tarixinədək minik avtomobilləri də istifadə edə bilər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına (AYNA) görə, bu küçələr aşağıdakılardır:

Bünyad Sərdarov

Həsən Seyidbəyli

Şeyx Şamil

Mirzəağa Əliyev

Adbulla Şaiq

Həsənoğlu

Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində)

Xocalı prospekti

Şah İsmayıl Xətai prospekti

Zuğulba yolu

Zığ şossesi

Qeyd edilib ki, bu zolaqlarda hələ ki 5.9 – “Marşrut nəqliyyat vasitələri üçün zolaq” yol nişanları quraşdırılmayıb. Zolaqlar 1 noyabr tarixindən qüvvəyə minəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Bu yanaşma yaxın günlərdə bir sıra küçələrdə təşkil ediləcək xüsusi hərəkət zolaqlarına da aid edilir.

Həmin küçələr:

Gülarə Qədirbəyova

Niyazi

İstiqlaliyyət

Üzeyir Hacıbəyov

Bakıxanov

Koroğlu Rəhimov

Neftçilər prospekti

Heydər Əliyev prospekti

Mehdi Hüseyn

Teymur Elçin

Parlament prospekti

Nəriman Nərimanov

Mikayıl Müşfiq

Salyan şosesi

​Hava limanı şosesi

Bülbül prospekti

​Azadlıq prospekti

​Həsən Əliyev

Əvvəlki məqalə

Yağış yağacaq, temperatur düşəcək –

Sonrakı məqalə

ABŞ süni intellekt çiplərinin ərəb dövlətlərinə satışını qadağan edir