AXP-nin qurultayı bu məkanda keçiriləcək

Azərbaycan Xalq Partiyası (AXP) dekabrın 14-də keçiriləcəyi qurultayın məkanını açıqlayıb.
Partiyanın sədr səlahiyyətlərini icra edən Qiyas Sadıqov Qaynarinfo-ya açıqlamasında qurultayın partiyanın mərkəzi qərargahında baş tutacağını vurğulayıb:
“Partiyanın seçkidə namizədi mənəm. Başqa namizədin olması ilə bağlı bilgiyə malik deyiləm. Qurultay partiyanın qərargahında keçiriləcək. Qərargahın iclas salonu 60 nəfərlikdir”.
Xatırladaq ki, Azərbaycan Xalq Partiyasına (AXP) Pənah Hüseyn sədrlik edib. Pənah Hüseyn öz istəyi ilə sədr səlahiyyətlərini müavini Qiyas Sadıqova həvalə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.