Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan edilmiş Saray qəsəbə sakini Natiq Hüseyin oğlu Zeynalov Bakı İstintaq təcridxanasının qarşısında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.
Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsibdən məlumat verilib.
Qeyd olunub ki, Natiq Zeynalov Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.