Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2024-cü ildə Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu yaxşılaşdırıb.
AYİB Azərbaycanda real ÜDM-in artım proqnozunu may ayındakı 3,1 %-dən 3,8 %-ə yüksəldib. Başqa sözlə, proqnozunu 0,7% bəndi artırıb.
AYİB Azərbaycanın 2025-ci il üçün ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozunu isə dəyişməyərək 2,7 % saxlayıb(apa).