Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək - Açıqlama
Azərbaycan Ordusunun hərbi qulluqçuları mayın 9-da Moskvada Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda iştirak edəcək.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təntənəli mərasimdə ölkəmizi Azərbaycan Ordusunun bayraqdarları və 75 hərbi qulluqçudan ibarət heyəti təmsil edəcək.
Növbəti xəbər yüklənir...