İran Prezidenti Məsud Pezeşkian ölkə vətəndaşlarını fikir ayrılıqlarını bir kənara qoyaraq birliyə çağırıb.
Azpost.info xəbər verir ki, bu barədə Yaxın Şərq mediası məlumat yayıb.
Pezeşkianın sözlərinə görə, İranın düşmənləri ölkənin parçalanmasını istəyirlər. Buna görə də vətəndaşlar fikir ayrılıqlarını kənara qoymalı, səylərini birləşdirməli və xalqın iştirakı, öz imkanlarına güvənərək ölkənin inkişafı yolunda irəliləməlidirlər.
İran prezidenti həmçinin bildirib ki, ölkəyə qarşı tətbiq olunan sanksiyalara və ABŞ-la silahlı qarşıdurmaya baxmayaraq, İran inkişafını davam etdirib.