Azərbaycan və Pakistan xüsusi təyinatlılarının birgə hərbi təlimi planlaşdırılır
Bu il Azərbaycan və Pakistan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə birgə hərbi təlimin keçirilməsi planlaşdırılır.
Azpost.info bildirir ki, bu barədə “AzeriDefence”yə hərbi mənbələrdən məlumat verilib.
Məlumata görə, bununla bağlı tərəflər arasında razılıq əldə olunub. İkitərəfli təlimlər növbə ilə Azərbaycanda və Pakistanda keçiriləcək.
Qeyd edək ki, 2019-cu ildə Pakistan hərbçiləri Azərbaycanda “TurAz-Qartalı-2019” Azərbaycan-Türkiyə və “Qafqaz Qartalı-2019” Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimində müşahidəçi qismində iştirak ediblər.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...