Azərbaycan əsilli futbolçu və onun ailəsi İranda təhdid olunub-FOTO

İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daeinin özü və ailəsi təhdid olunub.

Bu barədə şəxsi instaqram səhifəsində bildirib.

Keçmiş forvard saysız-hesabsız təhdidlər aldıqlarını vurğulayıb.

Daei bunların bəzi qurumlar, media və naməlum şəxslər tərəfindən həyata keçirildiyini yazıb.

Qeyd edək ki, Əli Daei İranda baş verən hadisələrdə etirazçılarla həmrəy olduğunu bildirib və bu səbəbdən onun pasportu əlindən alınıb. İran yığmasının əfsanəvi futbolçusu ölkədəki vəziyyətə görə Qətərdə keçirilən dünya çempionatına getmədiyini də açıqlamışdı.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.