Azərbaycan əsilli türkiyəli astronavt kosmosa yola düşüb

Bu gün Türkiyənin Azərbaycan əsilli astronavtı Tuva Cihangir Atasever ABŞ-nin Nyu-Meksiko ştatındakı “Spaceport” kosmodromundan kosmosa uçub.

O, Türkiyə və Azərbaycan bayraqları işlənmiş forma geyinib.

Astronavt uçuş missiyasına əlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST” festivalı çərçivəsində ona təqdim etdiyi Türkiyə və Azərbaycan bayraqları ilə başlayıb.

Təxminən bir saat yarım davam edəcək uçuş ərzində 90 kilometr hündürlükdə 13 müxtəlif elmi təcrübə planlaşdırılıb(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.