Azərbaycan 22 ildə neftdən 168 milyard dollar gəlir əldə edib –BP-dən AÇIQLAMA

Azərbaycan “Azəri-Çiraq-Günəşli” neft-qaz yataqları blokunun (AÇG) işlənilməsi layihəsi çərçivəsində 2001-ci ildən indiyədək 168 mlrd. dollar xalis mənfəət əldə edib.

Bunu Energetika Nazirliyinin Səngəçal terminalına təşkil etdiyi media-tur çərçivəsində “BP-Azerbaijan” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı deyib.

Onun sözlərinə görə, indiyədək BP və onun tərəfdaşları Azərbaycan, Gürcistan və Türkiyə üzrə həyata keçirilən layihələrə 84 mlrd. dollar sərmayə yönəldib.

Tamam Bayatlı qeyd edib ki, bu investisiyaların 30%-i BP-nin payına düşüb.

Azpost.info

Əvvəlki məqalə

Ərdoğan və Putinin yeni telefon danışığı gözlənilir

Sonrakı məqalə

Rusiya Ukrayna ilə bağlı bəyanata görə Bakıya etiraz edib –