Azərbaycan 5 erməni əsirini Ermənistana qaytarıb –

Onları sülhməramlıların komandiri Rüstəm Muradov aparıb
28 Yanvar 2021 - 18:34

Azərbaycan 5 erməni əsirini Ermənistana qaytarıb.

Azpost.info bildirir ki, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan sosial şəbəkədəki səhifəsində yazıb. Onun sözlərinə görə, bu Rusiyanın vasitəçiliyi ilə baş tutub.

“Bu gün həmçinin əsirlikdə olan 62 hərbçi öz doğmaları ilə telefonla danışıb”-deyə Avinyan bildirib. Məlumatda qeyd olunur ki, əsirləri Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradov müşayiət edir. Onlar gətirən təyyarə artıq Yerevana yola düşüb.