Azərbaycan diasporu:Ukraynada azərbaycanlılar arasında xəsarət alan və ölən yoxdur

 

“Ukraynada yaşayan azərbaycanlılar arasında hələ ki, xəsarət alan və ölən yoxdur”.

Bunu açıqlamasında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin aparat rəhbəri Xəyyam Həqiqətoğlu deyib.

X. Həqiqətoğlu bildirib ki, bununla bağlı nə Azərbaycanın Ukraynadakı səfirliyinə, nə də Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinə məlumat daxil olub: “Biz səfirliklə də əlaqə saxlayırıq. Azərbaycanlılar arasında itki yoxdur”.

X. Həqiqətoğlu hazırda vəziyyətin gərgin olduğu Xarkovda isə yalnız bir ukraynalı uşağın həyatını itirdiyini bildirib: “Hazırda Xarkovda da azərbaycanlılar arasında yaralanan və həyatını itirənlər yoxdur”.

O Azərbaycan vətəndaşlarının təxliyəsinin nəzərdə tutulmadığını da bildirib:

“Hava nəqliyyatı ilə səfərlər artıq dayandırılıb. Bu, hazırda qeyri-mümkündür. Nə hava, nə quru yolu ilə səyahətlərə icazə verilmir. Ümumiyyətlə, təxliyə planlaşdırılmır. 500 minə yaxın azərbaycanlı hara təxliyə olacaq?!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə
Sonrakı məqalə