Azərbaycan Silahlı Qüvvələrinin kontingenti Pakistanda çərşənbə günü keçiriləcək hərbi paradda iştirak edəcək.
Azpost.info bildirir ki, bu barədə Pakistanın dövlət radiosunun yaydığı məlumatda deyilir.
Xəbərdə qeyd olunur ki, bu məlumat Azərbaycanın müdafiə naziri Zakir Həsənovla Baş nazir İmran Xanın görüşü zamanı açıqlanıb.
İmran Xan Kəşmir məsələsində Azərbaycanın Pakistana verdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib. Zakir Həsənov İmran Xana prezident İlham Əliyevin salamalarını çatdırıb.
Baş nazir deyib ki, Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin daha da dərinləşməsini arzulayır. Bu baxımdan ticarət və turizm sahəsində böyük imkanların olduğunu vurğulayıb.
Görüşdə deyilib ki, çərşənbə günü Pakistanın milli bayramı münasibəti ilə hərbi parad keçiriləcək. Azərbaycan Ordusunun bölmələri də həmin parada qatılacaq.