Futbol üzrə Azərbaycan milli komandası “Avro-2024”ün seçmə mərhələsində növbəti oyununu keçirib.
Yığmamış F qrupundakı beşinci matçında Estoniya seçməsinin qonağı olub. Tallindəki “Le Kok Arena”da oynanılan qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə ediblər.
Görüş Azərbaycan millisinin inamlı qələbəsi ilə başa çatıb – 2:0. Hesabı 9-cu dəqiqədə Toral Bayramov açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Ramil Şeydayev penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 4-də yüksəldən Azərbaycan yığması dördüncü pillədə qərarlaşıb. Bir xalı olan Estoniya millisi isə sonuncudur.
Komandaların Bakıdakı ilk görüşündə qalib müəyyənləşməmişdi – 1:1.