Naxçıvanda itkin düşən hərbçimizin meyiti tapıldı - RƏSMİ

İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Hazırda faktla bağlı araşdırma aparılır”, məlumatda deyilir.

Əvvəlki məqalə

“Sülh müqaviləsi üçün real imkan, tarixi məqam var”

Sonrakı məqalə

Azərbaycan Ordusunun itkin düşən hərbçisinin ölümü ilə bağlı cinayət işi başlanıb