Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü keçirilib

13 Oktyabr 2021 - 14:12

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill və Bütün ermənilərin katalikosu II Qaregin arasında üçtərəfli görüş başa çatıb.

Görüş Rusiya Patriarxlığının Müqəddəs Danil Monastrında baş tutub.

Koronavirus pandemiyasına görə dini liderlərin üçtərəfli görüşü mətbuatın iştirakı olmadan keçirilir.

Qeyd edək ki, ötən gün Patriarx Kirill ayrı-ayrılıqda Allahşükür Paşazadə və II Qareginlə görüşüb.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin sonuncu üçtərəfli görüşü 2017-ci ilin sentyabrın 8-də Moskvada keçirilib.