Azərbaycan şahmatçısı dünya çempionu oldu

İtaliyanın Sardiniya adasında 20 yaşa qədər şahmatçılar arasında rapid üzrə dünya çempionatı keçirilib.

Azərbaycan şahmatçısı Gövhər Beydullayeva yarışda tarixi uğura imza atıb.

O, 9 oyundan 11 xal toplayaraq mundialı birinci pillədə başa vurub.

Azərbaycanın digər şahmatçısı Məhəmməd Muradlı isə 6,5 xalla 13-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, oktyabrın 13-də İtaliyada blits üzrə dünya çempionatı başlayacaq.

Əvvəlki məqalə

Qardaş bacısını boğaraq öldürüb

Sonrakı məqalə

Türkiyə millisi Xorvatiyanı məğlub etdi –