Azərbaycan dövləti Türk Dövlətləri Təşkilatı çərçivəsində media sahəsində əməkdaşlığın inkişafına töhfələr verir. Bizim həyata keçirdiyimiz təlim proqramı da məhz bu töhfənin səmərəli mexanizmlərindən biridir.
Bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov söyləyib.
Azərbaycan və Türkiyənin birgə media platformasının olduğunu vurğulayan Əhməd İsmayılov deyib. “Bu media platformasının artıq səmərəli və effektiv icrasını reallaşdırmışıq. Eyni zamanda, Özbəkistan və Qazaxıstan ilə də Media İnkişafı Agentliyinin müvafiq memorandumları var. Hazırda həmin memarondumların icrasına başlanılıb. Düşünürük ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində də məhz belə memorandumlar əsasında media nümayəndələri və media subyektləri arasında münasibətlərin inkişafını təmin edə bilərik”.