Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri Türkiyədə görüşəcək

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün dekabrın 20-də Türkiyəyə səfər edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Keçiriləcək görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılacaq.

Əvvəlki məqalə

Naxçıvana uçuşlar yalnız əlverişli hava şəraitində həyata keçiriləcək –

Sonrakı məqalə

“Taxıl dəhlizi” ilə Ukraynanın 14,3 milyon ton məhsulu ixrac edilib