Azərbaycan və İran prezidentləri Araz çayı üzərində su bəndinin açılışını edəcək

Mayın 19-da Araz çay üzərində “Qız Qalası” su bəndinin açılışı olacaq. 

Azpost.info Mehr Agentliyinə istinadən bildirir ki, açılışda Azərbaycan Prezidenti İlham Əliyev və İran prezidenti İbrahim Rəisi iştirak edəcək.

İbrahim Rəisi bununla bağlı bazar günü Parsabad şəhərinə bir günlük səfər etməyi planlaşdırır.

Araz çayı üzərində tikilmş “Qız Qalası” su bəndi İran və Azərbaycanın müştərək sərhədində yerləşir.

“Qız Qalası” su bəndinin tikintisi ilə 2 milyard kubmetr suyun verilməsi mümkün olacaq. Burada hər iki ölkənin 50% payı var.

Bəndin tikintisinə 2005-ci ildən başlanılıb.

Əvvəlki məqalə

“Sabah”, “Neftçi” və “Zirə” qələbə qazanıb

Sonrakı məqalə

Roma Papası həbsxanada məhbuslarla nahar edib