“Azərbaycan və Qazaxıstan bir-birinə qardaşcasına münasibət bəsləyirlər”- Prezident

Azərbaycan və Qazaxıstan bir-birinə səmimi, qardaşcasına münasibət bəsləyirlər. Bu, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı zəmindir.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə keçirilən məhdud tərkibdə görüşdə söyləyib.

İki ölkə arasında əməkdaşlığın istiqamətlərinə toxunan dövlət başçısı bildirib ki, əlbəttə, indiki şəraitdə ticari-iqtisadi, investisiya layihələri, nəqliyyat-logistika infrastrukturu və ölkələrimizin bu istiqamətlərdə səylərinin birləşdirilməsi ilə bağlı layihələr prioritet əhəmiyyət kəsb edir.

Əvvəlki məqalə

“Rusiyadan təhlükəsizlik zəmanəti istəyirik”

Sonrakı məqalə

Mərdəkan-Zağulba avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq