Azərbaycan və Türkiyə hərbçilərinin Qarsda birgə təlimləri başlayıb –

VİDEO
01 Fevral 2021 - 19:06

Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimlərinin aktiv fazası başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin senarisinə uyğun olaraq minaatan bölmələri aşkar olunan müxtəlif hədəfləri məhv ediblər.

Təlimlər fevral ayının 1-dən 12-dək keçiriləcək.

Qeyd edək ki, “Qış təlimi-2021”də Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə yanaşı Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edir.