Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər Xiyabanını ziyarət edib

10 Dekabr 2020 - 12:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şəhidlər Xiyabanını ziyarət ediblər.

Azərbaycan və Türkiyə prezidentləri şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycan və Türkiyə dövlət başçıları “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Türk Şəhidliyini də ziyarət edərək, şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyublar.

Dövlət başçıları Xatirə kitabına ürək sözlərini yazıblar.